Выбрать плеер:
Bakıda pasiyentin mədəsində yad cisim aşkarlandı - Baku TV
Bakıda pasiyentin mədəsindən yad cisim çıxarılıb.
Məlumata görə, yeniyetmənin valideynləri övladının səhhətində yaranan narahatlıqla bağlı poliklinikaya müraciət edib.
Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin – mismarın olduğu üzə çıxıb.
Həkim tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb.
Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
Скопировано
Тег #Yad cisim используется
