Выбрать плеер:

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

15 декабря 2025 23 просмотров

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş İslam Vahid oğlu Rzayevin həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.

Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 декабря 2025 23 просмотров
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 декабря 2025 23 просмотров
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 декабря 2025 23 просмотров
Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Hadisə
15 декабря 2025 23 просмотров
Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Hadisə
15 декабря 2025 23 просмотров
“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

Hadisə
15 декабря 2025 23 просмотров
"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 декабря 2025 23 просмотров
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 декабря 2025 23 просмотров
Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə
13 декабря 2025 23 просмотров
İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

Hadisə
13 декабря 2025 23 просмотров
Выбранные
icon