Выбрать плеер:
Cəlilabadda bədbəxt hadisə | Gənc oğlan çayda boğuldu - Baku TV
Cəlilabad rayonunda 18 yaşlı gənc çayda boğulub.
Hadisə rayonun Privolnoye kəndi ərazisindən keçən çayda qeydə alınıb.
Belə ki, Elşən Abbasov qardaşı və 3 dostu ilə birlikdə çimmək üçün çaya gedib. Çayın dərin hissəsinə daxil olan gənc bir müddət sonra batmağa başlayıb. Hadisə yerində olan şəxslərin bütün cəhdlərinə baxmayaraq, Elşənin həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Elşən Abbasov ailənin üç övladından biri olub. O, Göytəpə Peşə Liseyində təhsil alırmış.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
