Cəlilabadda iş zamanı faciə - Baku TV
Cəlilabadda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə Mirzəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakininin müraciəti əsasında elektrik naqilində yaranan nasazlığın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin sahə üzrə əməkdaşı Fariz Məmmədov və daha 2 nəfər hadisə yerinə yollanıb. Təmir-bərpa işləri zamanı elektrik dirəyinə qalxan Fariz Məmmədovun işlədiyi xəttə qəfil enerji verilib. Nəticədə o, hadisə yerində həyatını itirib.
Hadisədən sonra Fariz Məmmədovun cansız bədəni iş yoldaşları və kənd sakinlərinin köməkliyi ilə elektrik dirəyindən endirilib.
Əslən Cəlilabadın Qarakazımlı kəndindən olan Fariz Məmmədov evli olub və 3 övladı var. O, 10 ildir ki, bu sahədə çalışırmış.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
