Выбрать плеер:
Güclü külək və dolu Göyçayda həyatı iflic etdi - Baku TV
Göyçay rayonunda güclü külək və leysan xarakterli yağış bir sıra ciddi fəsadlara yol açıb. Yeniarx kəndi ərazisində irigövdəli ağaclar kökündən qoparaq avtomobil yoluna aşıb. Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Eyni zamanda kəndin elektrik təsərrüfatına ziyan dəyib.
Kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.
“Biz indiyədək belə hadisələri yalnız xarici filmlərdə görmüşdük. Yaşayış evimə xeyli ziyan dəyib, təsərrüfatım da məhv olub”, – onlardan biri söyləyib.
Digər bir kənd sakini isə qeyd edib: “75 yaşım var, lakin indiyə qədər belə bir hadisə ilə rastlaşmamışam. Külək və leysan təxminən 15-20 dəqiqə davam etdi. Əgər yarım saat və ya 40 dəqiqə çəksəydi, kənd tamamilə yer üzündən silinərdi”.
Скопировано
