Выбрать плеер:
"Sakinlər hadisənin şokundadır..." | İsmayıllıda yaşanan ailə faciəsinin detalları - Baku TV
İsmayıllı rayonunun Minkə kəndində ailə faciəsi baş verib.
Bacı və qardaş təsərrüfat əhəmiyyətli göldə boğularaq həyatını itirib.
Hadisə fəaliyyətini dayandırmış heyvandarlıq kompleksinin ərazisində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun yaxınlıqda heyvan otararkən itinin əraziyə daxil olaraq gölə düşdüyü bildirilir. Cahan iti xilas etmək üçün gölə yaxınlaşarkən ayağı sürüşüb və suya düşüb.
Hadisədən xəbər tutan bacısı İsmayılova Əfsanə Rövşən qızı qardaşını xilas etmək üçün gölə daxil olub. Lakin o da suda boğularaq həyatını itirib.
Hər iki şəxsin cansız bədəni Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupu tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Скопировано
