Выбрать плеер:
Dəhşət: 31 yaşlı kişi niyə öldürüldü? - "Dedi, üzr istə, kəllə atdı, bir də gördüm ki..." - Baku TV
Abşeron rayonunda qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsi, 91 ünvanında qeydə alınıb.
Məlumata görə, 31 yaşlı Rasif Abdullayev tanımadığı şəxslərlə mübahisə edib. Nəticədə isə o, qətlə yetirilib.
Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb.
“Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub – biri ürəyindən, digəri isə ciyərindən”, – o söyləyib.
Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
