Выбрать плеер:

Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb - Baku TV

21 августа 2026 80 просмотров

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə vatsap ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyənləşdirilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, vatsap qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə olunub.

Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.

Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Bir daha vətəndaşlara tövsiyə edirik ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar. Kredit və digər maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl həmin qurumun qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirsinlər. Bank kartlarının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını heç bir halda tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim etməsinlər.

Nəzərə almaq lazımdır ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yarandıqda isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur”, – deyə məlumatda diqqətə çatdırılıb.

Скопировано
İsmayıllıda ailə faciəsinə səbəb olan hadisənin detalları - Baku TV CANLI

İsmayıllıda ailə faciəsinə səbəb olan hadisənin detalları - Baku TV CANLI

Hadisə
23 августа 2026 80 просмотров
Qardaşını xilas etmək istəyən bacı özü də boğuldu

Qardaşını xilas etmək istəyən bacı özü də boğuldu

Hadisə
23 августа 2026 80 просмотров
"Sakinlər hadisənin şokundadır..." | İsmayıllıda yaşanan ailə faciəsinin detalları - Baku TV

"Sakinlər hadisənin şokundadır..." | İsmayıllıda yaşanan ailə faciəsinin detalları - Baku TV

Hadisə
23 августа 2026 80 просмотров
Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI

Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI

Hadisə
22 августа 2026 80 просмотров
Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV

Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV

Hadisə
22 августа 2026 80 просмотров
“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu | Ağstafada bədbəxt hadisə - Baku TV

“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu | Ağstafada bədbəxt hadisə - Baku TV

Hadisə
22 августа 2026 80 просмотров
Astara çimərliyində itkin sayılan şəxs ertəsi gün təyyarə ilə xaricə gedib - Baku TV CANLI

Astara çimərliyində itkin sayılan şəxs ertəsi gün təyyarə ilə xaricə gedib - Baku TV CANLI

Hadisə
22 августа 2026 80 просмотров
Uzun müalicə nəticə vermədi | Əməliyyatdan sonra iflic qalan qadın həyatını itirdi - Baku TV

Uzun müalicə nəticə vermədi | Əməliyyatdan sonra iflic qalan qadın həyatını itirdi - Baku TV

Hadisə
22 августа 2026 80 просмотров
34 yaşlı Nigar Budaqlı uzun müalicədən sonra dünyasını dəyişib

34 yaşlı Nigar Budaqlı uzun müalicədən sonra dünyasını dəyişib

Hadisə
22 августа 2026 80 просмотров
Dəmir yolunda bədbəxt hadisə | Vaqona çıxan 15 yaşlı yeniyetməni cərəyan vurub - Baku TV CANLI

Dəmir yolunda bədbəxt hadisə | Vaqona çıxan 15 yaşlı yeniyetməni cərəyan vurub - Baku TV CANLI

Hadisə
22 августа 2026 80 просмотров
Выбранные
icon