Hadisə
Выбрать плеер:

Dəhşətli cinayəti törədənlər hakim qarşısına çıxarıldı | Hökm oxundu

25 марта 2024

İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev və Ümidvar İbişova hökm oxunub.

Məlum cinayət işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Orxan Kəngərli məhkəmədən hər iki təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə 2020-ci il martın 28-də İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Baş Prokurorluqda iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib və istintaqın davam etdirilməsi Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinə həvalə olunub.

Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Məmmədova məxsus olması müəyyən edilib. Həmçinin məlum olub ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gəliblər. Onu narkotik asılılığından müalicə alması üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobillə Bakı şəhərinə aparıblar. Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən Rəşad Məmmədovu kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.

Toplanan sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Скопировано
Bakıda su çənində qalan vətəndaşı FHN belə xilas etdi

Bakıda su çənində qalan vətəndaşı FHN belə xilas etdi

Hadisə
28 апреля 2024
Ağdamda mina partlayışı | Xəsarət alan var

Ağdamda mina partlayışı | Xəsarət alan var

Hadisə
28 апреля 2024
Mingəçevirdə kütləvi dava | Xəsarət alanlar var

Mingəçevirdə kütləvi dava | Xəsarət alanlar var

Hadisə
28 апреля 2024
Metroda bədbəxt hadisə | Qadının ölüm səbəbi açıqlandı

Metroda bədbəxt hadisə | Qadının ölüm səbəbi açıqlandı

Hadisə
27 апреля 2024
Abşerondakı dəhşətli cinayətin təfərrüatı | Meyitin basdırıldığı yer aşkarlandı

Abşerondakı dəhşətli cinayətin təfərrüatı | Meyitin basdırıldığı yer aşkarlandı

Hadisə
27 апреля 2024
Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Hadisə
27 апреля 2024
Bakıda narkokuryerlik və oğurluq edənlər saxlanıldı | Anbaan görüntü

Bakıda narkokuryerlik və oğurluq edənlər saxlanıldı | Anbaan görüntü

Hadisə
27 апреля 2024
Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Hadisə
27 апреля 2024
Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Hadisə
27 апреля 2024
FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

Hadisə
27 апреля 2024
Выбранные
icon