Выбрать плеер:

Erkən evliliyin qurbanı olan ana uşağından imtina etdi - Baku TV

06 мая 2026 70 просмотров

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Hadisə ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığı yaxınlığında, məscid ətrafında aşkarlanıb:

“Qadın rəsmi şəkildə, notarial qaydada uşağından imtina etdiyini bildirib. Uşaq artıq bütün tibbi müayinələrdən keçirilib. Onun doğum haqqında şəhadətnaməsi var”.

K.Ağazadə qeyd edib ki, uşağın anası erkən evliliyin qurbanıdır və sosial vəziyyəti ağır olub:

“Ananın 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa bir övladı da 6 aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar kirayədə müxtəlif ünvanlarda yaşayıb və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişiblər”.

Onun sözlərinə görə, uşaq tapılan zaman ağır vəziyyətdə olub:

“Uşaq bizə gətiriləndə çox baxımsız halda idi. Hətta geyimlərini polis əməkdaşları təmin edib. Göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım olur”.

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra onun mənafeyinə uyğun olaraq sosial qayğı ilə təmin edilməsi istiqamətində addımlar atılacaq.

Şəmkirdə su xəttində qəza | Qurum rəsmisindən hadisə barədə açıqlama - Baku TV

Şəmkirdə su xəttində qəza | Qurum rəsmisindən hadisə barədə açıqlama - Baku TV

Hadisə
07 мая 2026 70 просмотров
Sumqayıtda yataqxanada yanğın | Sakinlər təxliyə edildi - Baku TV

Sumqayıtda yataqxanada yanğın | Sakinlər təxliyə edildi - Baku TV

Hadisə
07 мая 2026 70 просмотров
Gecə toplaşan gənclər dəhşət saçdı | "Dedim ki, etmə, əlini atdı bıçağa" - Baku TV

Gecə toplaşan gənclər dəhşət saçdı | "Dedim ki, etmə, əlini atdı bıçağa" - Baku TV

Hadisə
07 мая 2026 70 просмотров
Gəncədə yeniyetmələr arasında baş verən münaqişə qanlı insidentlə nəticələndi - Baku TV CANLI

Gəncədə yeniyetmələr arasında baş verən münaqişə qanlı insidentlə nəticələndi - Baku TV CANLI

Hadisə
07 мая 2026 70 просмотров
Milli Onkologiya Mərkəzində baş verən partlayışda vəfat edən Asif Nəsirli dəfn olundu - Baku TV

Milli Onkologiya Mərkəzində baş verən partlayışda vəfat edən Asif Nəsirli dəfn olundu - Baku TV

Hadisə
07 мая 2026 70 просмотров
“Dr. Gülü” niyə xəstəxanalıq oldu? | Kliniki Tibbi Mərkəzdən təcili açıqlama - Baku TV

“Dr. Gülü” niyə xəstəxanalıq oldu? | Kliniki Tibbi Mərkəzdən təcili açıqlama - Baku TV

Hadisə
06 мая 2026 70 просмотров
Sumqayıtda avtomobil yolu çökdü - Baku TV

Sumqayıtda avtomobil yolu çökdü - Baku TV

Hadisə
06 мая 2026 70 просмотров
Biləcəridə zəncirvari qəza | 5 avtomobilə ziyan dəyib - Baku TV

Biləcəridə zəncirvari qəza | 5 avtomobilə ziyan dəyib - Baku TV

Hadisə
06 мая 2026 70 просмотров
Sumqayıtda evdə dəhşətli hadisə | "Oturmuşduq, birdən alışdı, gördük ki..." - Baku TV

Sumqayıtda evdə dəhşətli hadisə | "Oturmuşduq, birdən alışdı, gördük ki..." - Baku TV

Hadisə
05 мая 2026 70 просмотров
Bakıda qandonduran qətl | 2 dostun öldürülməsi ilə bağlı 5 nəfərə hökm oxundu - Baku TV

Bakıda qandonduran qətl | 2 dostun öldürülməsi ilə bağlı 5 nəfərə hökm oxundu - Baku TV

Hadisə
05 мая 2026 70 просмотров
Выбранные
icon