Hadisə
Выбрать плеер:

FHN Ağsudakı yanğın təhlükəli obyektdən görüntülər yaydı

02 июля 2024

Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb.

Qeyd olunub ki, obyektin elektrik ötürücü xətləri və xarici elektrik naqilləri yanar dam örtüyünün üzəri ilə və ərazidə olan ağaclara dolamaqla çəkilib. Obyektə aid olan tikililərin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyektlə meşə massivi, meşə yolları və digər ərazilər arasında şumlama aparılaraq yanğına qarşı minerallaşdırılmış zolaqlar yaradılmayıb və ərazi qurumuş kol-kosdan, taxta qırıntılarından təmizlənməyib.

Meşədən və ya meşə zolağından keçən obyektdaxili avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə quru kol-kosdan, yanar materiallardan təmizlənməyib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Скопировано
Polisdən Bakıda əməliyyat | Narkokuryerlər saxlanıldı

Polisdən Bakıda əməliyyat | Narkokuryerlər saxlanıldı

Hadisə
05 июля 2024
Göyçayda yol qəzası | Sürücü xəsarət aldı

Göyçayda yol qəzası | Sürücü xəsarət aldı

Hadisə
05 июля 2024
Biləcəridə yanğın hadisəsi | Ev sahibi keçmiş həyat yoldaşını günahkar bildi

Biləcəridə yanğın hadisəsi | Ev sahibi keçmiş həyat yoldaşını günahkar bildi

Hadisə
05 июля 2024
Xəzər rayonunda baş verən qonşuların davası ilə bağlı araşdırma | DİN-dən təcili məlumat

Xəzər rayonunda baş verən qonşuların davası ilə bağlı araşdırma | DİN-dən təcili məlumat

Hadisə
05 июля 2024
Dəhşətli qəzanın baş verdiyi yerdən anbaan görüntülər | Gəncə

Dəhşətli qəzanın baş verdiyi yerdən anbaan görüntülər | Gəncə

Hadisə
05 июля 2024
Deyirdi, gəl, öz evimdə qal | Xırdalanda ailə münaqişəsinin dəhşətli sonu

Deyirdi, gəl, öz evimdə qal | Xırdalanda ailə münaqişəsinin dəhşətli sonu

Hadisə
04 июля 2024
Xırdalanda partlayan boru sakinlərə qorxu yaşatdı | Qurumdan açıqlama

Xırdalanda partlayan boru sakinlərə qorxu yaşatdı | Qurumdan açıqlama

Hadisə
04 июля 2024
Nəsimi rayonunda qorxulu hadisə | Sakinlər Baku TV-yə danışdı

Nəsimi rayonunda qorxulu hadisə | Sakinlər Baku TV-yə danışdı

Hadisə
04 июля 2024
Maşın 15 dəfə fırlanıb aşdı | Pakistanlı ailə Kürdəmirdə dəhşətli qəzaya düşdü

Maşın 15 dəfə fırlanıb aşdı | Pakistanlı ailə Kürdəmirdə dəhşətli qəzaya düşdü

Hadisə
04 июля 2024
Polis Yasamaldakı qanunsuz söküntüyə görə hərəkətə keçdi

Polis Yasamaldakı qanunsuz söküntüyə görə hərəkətə keçdi

Hadisə
04 июля 2024
Выбранные
icon