Hadisə
Выбрать плеер:

İcra başçısına sui-qəsd hazırlayanlar hər şeyi etiraf etdi | DTX məlumat yaydı

25 марта 2024

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində B.Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Скопировано
Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Hadisə
27 апреля 2024
Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Hadisə
27 апреля 2024
Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Hadisə
27 апреля 2024
FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

Hadisə
27 апреля 2024
DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

Hadisə
27 апреля 2024
ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

Hadisə
27 апреля 2024
Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Hadisə
27 апреля 2024
DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

Hadisə
27 апреля 2024
Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Hadisə
27 апреля 2024
Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Hadisə
27 апреля 2024
Выбранные
icon