Выбрать плеер:
Lənkəranda zibilxanadan meyitlər tapıldı
Lənkəran rayonunda iki nəfərin cəsədi tapılıb.
Meyitlər rayonun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
