Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
Узнавайте о новостях первыми
Mingəçevirdə 39 yaşlı qadın bıçaqlanıb.
Hadisə səhər saatlarında şəhər ərazisində fəaliyyət göstərən 4 saylı bağçanın həyətində baş verib. Kəsici-deşici alətdən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
“Qonşular dedilər ki, burada bıçaqlanma olub. Uşaqlar travma alırlar. Belə hadisələr baş verəndə bağçaya getmək istəmirlər. Xoşun gəlmir, boşa, camaatın balasını niyə bıçaqlayırsan?!”, – deyə sakin bildirib
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından qeyd edilib ki, 1987-ci il təvəllüdlü qadın oktyabrın 5-də saat 09:00 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə döş qəfəsinin sol kürək nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 46 yaşlı Qasım Quliyev könüllü şəkildə polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Тег #Mingəçevir используется
- “Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
