“Niyə qoyursan ki, vursun?!” - Qadın amansızlıqla öldürüldü | “Qorxurdu ki, başını...” - Baku TV
Sumqayıtda qadın qətlə yetirilib.
Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Məlumata görə, 49 yaşlı İsmayıl Ramazanovun qeyri-rəsmi nikahda yaşadığı 31 yaşlı Mehriban Ağabalazadəni qətlə yetirdiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qohumunun sözlərinə görə, onların tez-tez mübahisələri olurdu:
“Övladı bildirib ki, anasını qabağında boğurdu. Gəlinin sözlərinə görə, kişi içəndən sonra onu döyüb, söyürdü. Dəfələrlə zəng edib, onu ölümlə hədələyib. Əvvəl bir yerdə yaşayıblar. Bir həftədən çoxdur ki, gəlin burada qalırdı. Qorxurdu ki, uşağına xəsarət yetirə bilər, buna görə də evin yerini ona deyib”.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
