Выбрать плеер:
"Yarılıb, dəfələrlə..." - Kişinin ölümü hamını dəhşətə gətirdi! | "Bir tərəfi qurumuşdu" - Baku TV
Ağdaş rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Aşağı Ləki kənd sakini 40 yaşlı Ömər Saadov su arxına yıxılıb. O, hadisə nəticəsində boğularaq vəfat edib.
Mərhumun qohumu İmran İbişov hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, iftar vaxtı Ömərin su arxına yıxılması barədə xəbər gəlib. Mərhum sudan çıxarılsa da, artıq həyatını itirdiyi məlum olub.
İmran İbişov qeyd edib ki, Ömər Saadovun əvvəllər də səhhətində problemlər baş verib və onun vaxtaşırı ürəktutmaları olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
