Выбрать плеер:

Otaq yoldaşını yatdığı yerdə öldürdü | Bakıdakı dəhşətli qətlin təfərrüatı - Baku TV

05 марта 2026 26 просмотров

Bakıda kirayədə qaldığı evdə otaq yoldaşını yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Fazil Feyzullayevin sərbəst ifadəsi dinlənilib. O, İsgəndər Əliyevə yatdığı yerdə yox, mübahisə zamanı xəsarət yetirdiyini söyləyib.

“İsgəndərlə mübahisəmiz onun birlikdə qaldığımız mənzilin kirayə haqqını ödəmək istəməməsi səbəbindən yaranıb. Bu zaman mənə söyüş söydü. Mən də buna cavab olaraq çarpayının ayaq hissəsi ilə başından bir neçə dəfə vurdum. İsgəndər huşunu itirib, yerə yıxıldı”, – deyə Fazil bildirib.

O, meyiti doğramasının səbəbini onu gizlətmək istəməsi ilə əsaslandırıb. Fazilin sözlərinə görə, İsgəndərin meyitini hissələrə ayıraraq, çantalara yığıb və taksi ilə Ağsu aşırımına gedərək, orada dərəyə atıb. O həmçinin vurğulayıb ki, Ülvi Abbasovun onun törətdiyi cinayətdən xəbəri olmayıb.

Mərhumun qardaşı təqsirləndirilənin dediklərinə etirazını bildirib. Növbəti proses aprelin 8-nə təyin edilib.

Qeyd ədək ki, hadisə 2025-ci il avqustun 4-də baş verib. İttiham aktına görə, Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq qətlə yetiriblər. Onlar İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər. Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq, Ağsu rayonunda müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Скопировано
İranın xain zərbəsi Naxçıvanda dəhşət yaşatdı | Hadisə yerindən bağlantı - Baku TV

İranın xain zərbəsi Naxçıvanda dəhşət yaşatdı | Hadisə yerindən bağlantı - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
İranın dron hücumundan sonra Naxçıvan Hava Limanı | Yeni görüntülər - Baku TV

İranın dron hücumundan sonra Naxçıvan Hava Limanı | Yeni görüntülər - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
İranın zərbəsindən sonra Naxçıvan aeroportunda vəziyyət | "Baku TV" hadisə yerində - Baku TV

İranın zərbəsindən sonra Naxçıvan aeroportunda vəziyyət | "Baku TV" hadisə yerində - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
İran Naxçıvanda məktəbi də vurub? - Hücum barədə son dəqiqə məlumatları - Baku TV

İran Naxçıvanda məktəbi də vurub? - Hücum barədə son dəqiqə məlumatları - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
İran iç üzünü göstərdi! - Naxçıvan aeroportuna dronla hücum edildi - Baku TV

İran iç üzünü göstərdi! - Naxçıvan aeroportuna dronla hücum edildi - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
Bank əməkdaşı olduğunu deyərək 13 min manatı taladı - Baku TV

Bank əməkdaşı olduğunu deyərək 13 min manatı taladı - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
Xəzərdə köməksiz qalan balıqçıları belə xilas etdilər - Baku TV

Xəzərdə köməksiz qalan balıqçıları belə xilas etdilər - Baku TV

Hadisə
05 марта 2026 26 просмотров
"Yarılıb, dəfələrlə..." - Kişinin ölümü hamını dəhşətə gətirdi! | "Bir tərəfi qurumuşdu" - Baku TV

"Yarılıb, dəfələrlə..." - Kişinin ölümü hamını dəhşətə gətirdi! | "Bir tərəfi qurumuşdu" - Baku TV

Hadisə
04 марта 2026 26 просмотров
"Dəli olub bu!" - Kişini 23 yerindən bıçaqlayıb öldürdü - "Açmasan, qapını qıracağam!" - Baku TV

"Dəli olub bu!" - Kişini 23 yerindən bıçaqlayıb öldürdü - "Açmasan, qapını qıracağam!" - Baku TV

Hadisə
04 марта 2026 26 просмотров
31 yaşlı şəxsin dəhşətli əməli | Qeyri-rəsmi münasibət qanla bitdi - Baku TV

31 yaşlı şəxsin dəhşətli əməli | Qeyri-rəsmi münasibət qanla bitdi - Baku TV

Hadisə
04 марта 2026 26 просмотров
Выбранные
icon