Выбрать плеер:

Qəzanın baş verməməsi üçün sürücülər nələrə diqqət etməlidir? - Baku TV

11 декабря 2025 425 просмотров

Dekabrın 8-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yağışlı hava şəraitində yük maşınının sürücüsü avtomobilin idarəetməsini itirərək, qarşıdan gələn minik maşınına çırpılıb.

Hadisə nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan 1 sərnişin həyatını itirib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son dövrlərdə yollarda bu tip qəzaların sayının artması müşahidə edilir.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yol şəraiti qəzaya səbəb olan amillərdən biridir. Ekspert Qobuda baş verən qəzanın yük avtomobilinin sürücüsünün qeyri peşəkar olması, yağışlı hava, sürüşkən yol və yüksək sürət həddi ilə əlaqəli olduğunu bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev isə asfalt örtüyü yaş olanda sürət həddinin minimuma endirilməli olduğunu vurğulayıb.

O əlavə edib ki, ara məsafəsi normadan artıq saxlanılmalı, avtomobil texniki cəhətdən saz vəziyyətdə idarə edilməli, şinlər mövsümə uyğun olmalıdır:

"Xarici işıq cihazları, şüşə silgəcləri tam işlək vəziyyətdə olmalıdır ki, sürücü rahat və təhlükəsiz şəkildə hərəkət edə bilsin. Həmçinin piyadalar da hava şəraitinin çətin və təhlükəli olduğunu nəzərə alaraq daha ehtiyatlı olmalıdırlar. Unutmaq olmaz ki, asfalt örtüyünün yaş olması qəzaların baş verməsi üçün daha əlverişli şərait yaradır".

Скопировано
8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

Hadisə
24 июля 2026 425 просмотров
Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Hadisə
24 июля 2026 425 просмотров
“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

Hadisə
24 июля 2026 425 просмотров
Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Hadisə
24 июля 2026 425 просмотров
DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

Hadisə
24 июля 2026 425 просмотров
Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Hadisə
24 июля 2026 425 просмотров
Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Hadisə
24 июля 2026 425 просмотров
"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
23 июля 2026 425 просмотров
"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

Hadisə
23 июля 2026 425 просмотров
Sabunçu rayonunda bədbəxt hadisə | Əməkdaşımızdan son məlumatlar - Baku TV

Sabunçu rayonunda bədbəxt hadisə | Əməkdaşımızdan son məlumatlar - Baku TV

Hadisə
23 июля 2026 425 просмотров
Выбранные
icon