Выбрать плеер:
"55-60 min ziyan dəyib" | Dəhşətli anlar | Mağaza niyə yanıb kül oldu? - Baku TV
Kürdəmirdə ərzaq mağazası yanıb. Hadisə rayonun Atakişili kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Tural Məmmədova məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli mağaza yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınaraq söndürülüb.
Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
