Выбрать плеер:

"Bununla öldürmək olardı?!" - Arvadı Nüşabəni öldürən əfqanıstanlıdan dəhşətli etiraflar - Baku TV

03 декабря 2025 189 просмотров

Bakıda həyat yoldaşını qətlə yetirməkdə və ona qısqandığı taksi sürücüsünü öldürməyə cəhd etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Samandar Səfayinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib. Samandar Səfayi ifadəsində Əfqanıstan vətəndaşı olduğunu, 90-cı illərdə Azərbaycanda məskunlaşaraq Nüşabə adlı qadınla ailə həyatı qurduğunu və iki övladının olduğunu deyib.

Təqsirləndirilən şəxs həyat yoldaşının davranışlarından şübhələnərək onun harada olduğunu soruşsa da, o, mağazaların birinin adını çəkərək orada olduğunu deyib. Samandar həmin yerə gedib onu görməyib və həmin gün o, bir neçə dəfə bu qayda ilə müxtəlif yerlərə baxsa də, həyat yoldaşını tapa bilməyib. Sonda onunla evin yaxınlığında rastlaşıb.

O, evdə yaranmış mübahisə zamanı həyat yoldaşını öldürdükdən sonra arvadı ilə birlikdə gördüyü taksi sürücüsü Canmirzə Cabbarovun olduğu yerə gedib. Ona da divar kağızı bıçağı ilə ağır xəsarət yetirdiyini etiraf edib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 9-da Binəqədi rayonunda baş verib. Rayon Prokurorluğunda aparılan araşdırmalarla Nüşabə Səfərovanın (Səfayi) qısqanclıq zəminində qətlə yetirilməsi və Canmirzə Cabbarovun öldürülməsinə cəhd edilməsi müəyyən edilib.

Faktla bağlı Samandar Səfayi barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Скопировано
Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
"Qorxuram ki, gəlib nəvələrimə..." | Ucarda canavarlar kənd sakinlərinə dəhşət yaşatdı - Baku TV

"Qorxuram ki, gəlib nəvələrimə..." | Ucarda canavarlar kənd sakinlərinə dəhşət yaşatdı - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV

Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Göygöldə su kanalında 86 yaşlı kişinin meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Göygöldə su kanalında 86 yaşlı kişinin meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Bakıda məktəblilərin zəhərlənmə hadisəsi | Agentlikdən məlumat - Baku TV

Bakıda məktəblilərin zəhərlənmə hadisəsi | Agentlikdən məlumat - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Sumqayıtda zəncirvari qəza | 8 avtomobil toqquşdu - Baku TV

Sumqayıtda zəncirvari qəza | 8 avtomobil toqquşdu - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
İtkin düşmüş balıqçıların axtarışlarına helikopter cəlb olundu - Baku TV

İtkin düşmüş balıqçıların axtarışlarına helikopter cəlb olundu - Baku TV

Hadisə
12 декабря 2025 189 просмотров
Təqsirləndirilən hakim qarşısına çıxarılıb

Təqsirləndirilən hakim qarşısına çıxarılıb

Hadisə
11 декабря 2025 189 просмотров
Goranboyda iki nəfər bıçaqlandı | 22 yaşlı gənc saxlanıldı - Baku TV

Goranboyda iki nəfər bıçaqlandı | 22 yaşlı gənc saxlanıldı - Baku TV

Hadisə
11 декабря 2025 189 просмотров
Выбранные
icon