Выбрать плеер:
"Nə vaxta kimi belə olacaq?!" | Gürcüstanda soydaşımız faciəvi şəkildə qətlə yetirildi - Baku TV
Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda qızıl mağazasına hücum zamanı öldürülüən Sahib Bayramovun qətlinin təfərrüatları məlum olub.
Belə ki, Baku TV-nin Gürcüstan bürosunun əməkdaşları eyni hadisədə güllə yarası almış mərhumun atası Tamaz Bayramovla həmsöhbət olublar.
O bildirib ki, cinayəti törədən şəxs mağazaya alıcı kimi daxil olub: “Qulaqlığı var idi, kiminləsə danışırdı. Almaq istədiyi qızılı göstərdi. Oğlum onu götürəndə, silahı çıxarıb 4 güllə atdı, biri də mənə dəydi”.
Məlumat üçün bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Скопировано
