Выбрать плеер:
"Uşaq elə anasının yanında..." | Sumqayıtda şagirdin ölümü hamını şoka saldı - Baku TV
Abşeron rayonunda 6-cı sinif şagirdi dəm qazından boğularaq həyatını itirib.
Hadisə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
İlkin məlumata görə, 11 yaşlı oğlan dəm qazından zəhərlənərək boğulub və hadisə yerində dünyasını dəyişib.
“Bir də xəbər tutduq ki, uşaq anasının yanında dəm qazından boğulub. Çox gözəl, ağıllı uşaq idi”, – deyə mərhumun qohumu bildirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
