Выбрать плеер:
Şüvəlanda ailə faciəsi | Dənizdə batan 19 yaşlı Zeynəblə bağlı məlumat - Baku TV
Xəzər rayonunda dənizdə batan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları dörd gündür davam edir.
Qeyd edək ki, hadisə iyulun 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, nəzarətsiz çimərlikdə baş verib. Ata və üç övladının dənizdə batması barədə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatları nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü qızı Aytən Məmmədzadə xilas ediliblər. R.Məmmədovun 2005-ci il təvəllüdlü oğlu Raul Məmmədovun isə meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Скопировано
