Выбрать плеер:

Tovuzda 60 yaşlı kişi niyə döyüldü? | Kənd sakinləri arasında mübahisə dava ilə bitdi

30 октября 2025 198 просмотров

Tovuz sakini döyülərək xəstəxanalıq olub. Rayonun Aşağı Quşçu kənd sakini Etibar Qasımov həmkəndliləri tərəfindən döyüldüyünü iddia edir.

Zərərçəkənin sözlərinə görə, onun icarəyə götürdüyü sahədə başqa şəxslər icazəsiz heyvan otarıblar. Əraziyə gələn Etibar Qasımov çobandan heyvanların kimə məxsus olduğunu soruşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

60 yaşlı Etibar Qasımov deyir ki, o, bir neçə şəxs tərəfindən döyülüb. Nəticədə xəstəxanalıq olub.

Zərərçəkən həmçinin iddia edir ki, o, döyüldükdən sonra ərazidən heyvan oğurluğunda ittiham edilib. Onu polisə verəcəkləri ilə də hədələyiblər.

TƏBİB-dən bildirilib ki, şəxsə zəruri tibbi xidmətlər göstərilib. Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

İddialarda adı çəkilən Samir Məmmədov isə bildirib ki, sözügedən yonca sahəsi Etibar Qasımova məxsus deyil. Onun sözlərinə görə, səsləndirilən iddialar əsassızdır və buna dair əlində sübutları da var.

Samir Məmmədov həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırdığını əlavə edib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, məsələ ilə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Скопировано
Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Hadisə
15 декабря 2025 198 просмотров
“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

Hadisə
15 декабря 2025 198 просмотров
"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 декабря 2025 198 просмотров
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə
13 декабря 2025 198 просмотров
İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
Hava limanında film kimi əməliyyat |  DGK-dan təcili məlumat - Baku TV

Hava limanında film kimi əməliyyat | DGK-dan təcili məlumat - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

Hadisə
13 декабря 2025 198 просмотров
Выбранные
icon