Выбрать плеер:
Azərbaycanda azarkeş futbolçuya öz cibindən pul verdi
Futbol üzrə Region Liqasında maraqlı hadisə baş verib.
Belə ki, finala yüksəlmək uğrunda “Arpaçay” komandasını 1-0 hesabı ilə məğlub edən “Qusar” kollektivinin üzvü Tural Cəlilov matçdan sonra mükafatlandırılıb. Görüşdən sonra paltardəyişmə otağına gedən azarkeşlərdən biri oyunda yeganə qolu vuran T.Cəlilova 100 manat məbləğində pul mükafatı verib.
Qeyd edək ki, Şərurun “Arpaçay” klubunu minimal hesabla məğlub edən “Qusar” komandası Region Liqasında final qarşılaşmasına vəsiqə qazanıb. Şimal təmsilçisi həlledici oyunda Çinar Zəngilan kollektivi ilə üz-üzə gələcək.
Скопировано
