Выбрать плеер:

Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

05 февраля 2026 453 просмотров

Formula-1 Hindistanda sonuncu dəfə 2013-cü ildə keçirilmişdi. Həmin mövsümdə Sebastyan Fettel dördüncü dünya çempionluğunu qazanmışdı.

Hindistan hökuməti Formula-1-in Budh Beynəlxalq Trasına qayıtması üçün prosesi yenidən gündəmə gətirib. 2011-2013-cü illərdə ardıcıl üç mövsüm Formula-1 yarışlarına ev sahibliyi edən trasda keçirilən bütün Hindistan Qran-prilərini "Red Bull" pilotu Sebastyan Fettel qazanmışdı.

Əslində Hindistanla Formula-1 arasında 2011-ci ildən ən azı 2015-ci ilə qədər qüvvədə olmalı olan beşillik müqavilə imzalanmışdı. Lakin Uttar Pradeş hökuməti ilə yaranan vergi mübahisəsi səbəbindən 2013-cü il yarışları sonuncu oldu.

Hazırda hökumət tras sahiblərini obyektin iki-üç il müddətinə idman menecmenti şirkətinə verilməsinə razı salmağa çalışır. Məqsəd bu dövr ərzində Formula-1-in Hindistana dönüşünü təmin etməkdir. Bu addım daimi deyil, müvəqqəti mexanizm kimi nəzərdə tutulur.

"The Times of India" nəşrinin məlumatına görə, ötən həftə idman naziri Mansux Mandaviya Formula-1-in qayıdışı üçün konkret işlərin aparılmasını tapşırıb. Keçmişdə yarışlara mane olan vergi problemlərinin yaxın zamanda həll ediləcəyi də vurğulanıb.

Qeyd edək ki, Hindistan 2030-cu ilə qədər iri beynəlxalq idman yarışlarını ölkəyə qaytarmaq niyyətindədir. Bu strategiya 2030-cu ildə keçiriləcək Birlik Oyunları və 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək planları ilə də bağlıdır.

Скопировано
Azərbaycan cüdoçuları veteranlar arasında dünya çempionatında 11 medal qazanıb

Azərbaycan cüdoçuları veteranlar arasında dünya çempionatında 11 medal qazanıb

İdman
24 сентября 2026 453 просмотров
Klublarımız minifutbol üzrə Çempionlar Liqasında növbəti oyunlarını keçirdilər - Baku TV

Klublarımız minifutbol üzrə Çempionlar Liqasında növbəti oyunlarını keçirdilər - Baku TV

İdman
24 сентября 2026 453 просмотров
Xarici qonaqların sayı 16 mini keçdi | Azərbaycan Qran-prisində tarixi göstərici - Baku TV

Xarici qonaqların sayı 16 mini keçdi | Azərbaycan Qran-prisində tarixi göstərici - Baku TV

İdman
24 сентября 2026 453 просмотров
“Meydan onlarındır” | Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır - Baku TV

“Meydan onlarındır” | Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır - Baku TV

İdman
24 сентября 2026 453 просмотров
Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

İdman
23 сентября 2026 453 просмотров
İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İdman
23 сентября 2026 453 просмотров
UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

İdman
22 сентября 2026 453 просмотров
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
22 сентября 2026 453 просмотров
Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 сентября 2026 453 просмотров
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 сентября 2026 453 просмотров
Выбранные
icon