Выбрать плеер:
Futbolçu ilə klub arasında müqaviləyə xitam verilib
Braziliya millisinin sabiq futbolçusu Tiaqo Silva "Fluminense" ilə müqaviləsini ləğv edib.
Daha əvvəl Avropada "Milan", PSJ və "Çelsi"nin formasını geyinmiş müdafiəçi yetirməsi olduğu "Fluminense"yə 2024-cü ilin mayında qayıtmışdı.
Müdafiəçinin klubdan ayrılmasının əsas səbəbi ailə vəziyyəti olub. Onun uşaqları və həyat yoldaşı Londonda yaşayır. Futbolçunun hər iki oğlu sabiq klubu "Çelsi"nin akademiyasındadır. Böyük oğlu İsaqo isə dekabrda London təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.
41 yaşlı T.Silvanın karyerasını bitirməyi planlaşdırmadığı, sadəcə, Londonda və ya yaxın bölgələrdə yeni klub tapmaq niyyətində olduğu bildirilib.
Qeyd edək ki, T.Silva ötən mövsüm "Fluminense"nin heyətində 46 matç keçirib və 4 qol vurub.
Скопировано
