Выбрать плеер:
"Neftçi"ni "Turan Tovuz"la oyuna kim hazırlaşdıracaq?
"Neftçi" klubu baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
Bu barədə qərar klub rəhbərliyi və Samir Abasovun iştirakı ilə baş tutan iclasda verilib.
Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib. Komandanın qarşısına qoyulan məqsədlə hazırda olduğu vəziyyət arasında kəskin fərqlər olduğu qeyd edilib. Mütəxəssisə kifayət qədər şərait yaradılmasına baxmayaraq, qarşıya qoyulan məqsədə çatmağın günü-gündən çətinləşdiyi vurğulanıb.
Görüşün yekun qərarına əsasən, "Neftçi" klubu baş məşqçisi Samir Abasovu istefaya göndərib. Hazırda yeni mütəxəssis axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib.
Скопировано
