Выбрать плеер:
Ərdoğan Kantenin “Fənərbağça”ya transferinə dəstək olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nqolo Kantenin “Fənərbağça”ya transfer olunmasına kömək edib.
Bu barədə İstanbul təmsilçisinin prezidenti Sadettin Saran klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Şəxsən öz adımdan və klub adından Prezident Ərdoğana Kantenin uğurlu transferinə verdiyi dəstəyə görə təşəkkür edirəm. Bu, həm “Fənərbağça”ya, həm də bütövlükdə Türkiyə futboluna fayda verəcək”, – deyə o bildirib.
Fransalı yarımmüdafiəçi son bir neçə ili Səudiyyə Ərəbistanında – “Əl-İttihad”da oynayıb. O, əvvəllər İngiltərədə “Lester” və “Çelsi”də forma geyinib. Kantenin hazırda 34 yaşı var.
“Fənərbağça” hazırda Türkiyə Superliqasında 46 xalla ikinci yerdədir və “Qalatasaray”dan üç xal geri qalır.
Скопировано
