Выбрать плеер:

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur - Baku TV

31 марта 2026 70 просмотров

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi işə başlayıb.

Martın 30-dan aprelin 1-dək davam edəcək konfrans və sərgi Şimali Afrika və Aralıq dənizi regionunda enerji sahəsinin nüfuzlu platforması hesab olunur.

Sərgi çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, enerji ilə bağlı innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin liderləri iştirak edirlər.

Azərbaycanı tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi” şüarı altında keçirilən tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sərgidə 500-dən çox, o cümlədən 51 yerli və beynəlxalq enerji şirkəti iştirak edir. Eyni zamanda hökumət qurumlarını, beynəlxalq təşkilatları və iri enerji şirkətlərini təmsil edən 350-dən çox spikerin çıxışı nəzərdə tutulur.

Bundan əlavə, sərgi çərçivəsində 13 müxtəlif ölkənin milli pavilyonu təşkil olunub ki, bu da çoxtərəfli əməkdaşlıq və investisiya tərəfdaşlıqları üçün geniş imkanlar yaradır.

Скопировано
Qahirədə enerji konfransı | SOCAR Yaxın Şərqdə nəyi planlaşdırır? - Baku TV

Qahirədə enerji konfransı | SOCAR Yaxın Şərqdə nəyi planlaşdırır? - Baku TV

İqtisadiyyat
02 апреля 2026 70 просмотров
SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb - Baku TV

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb - Baku TV

İqtisadiyyat
02 апреля 2026 70 просмотров
SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında saziş imzalandı - Baku TV

SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında saziş imzalandı - Baku TV

İqtisadiyyat
01 апреля 2026 70 просмотров
İqtisadiyyat yüksək qiymətlərə hazırdır? | Neftlə bağlı gözlənilməz proqnoz və bahalaşma - Baku TV

İqtisadiyyat yüksək qiymətlərə hazırdır? | Neftlə bağlı gözlənilməz proqnoz və bahalaşma - Baku TV

İqtisadiyyat
01 апреля 2026 70 просмотров
Qiymətlərin ucuzlaşması nə ilə bağlıdır?

Qiymətlərin ucuzlaşması nə ilə bağlıdır?

İqtisadiyyat
30 марта 2026 70 просмотров
Müharibə fonunda İrandan Türkiyəyə qaz ixracı dayanıb? - Baku TV

Müharibə fonunda İrandan Türkiyəyə qaz ixracı dayanıb? - Baku TV

İqtisadiyyat
28 марта 2026 70 просмотров
Türkiyə SOCAR-ın "Aliağa" limanında 50% payın MSC-yə satışını təsdiqlədi - Baku TV

Türkiyə SOCAR-ın "Aliağa" limanında 50% payın MSC-yə satışını təsdiqlədi - Baku TV

İqtisadiyyat
27 марта 2026 70 просмотров
İnteraktiv formatda sessiya keçirilib - Baku TV

İnteraktiv formatda sessiya keçirilib - Baku TV

İqtisadiyyat
27 марта 2026 70 просмотров
Səhmlərinin 51 faizi "SOCAR Türkiyə"yə aid olan "Petkim"in satış göstəriciləri - Baku TV

Səhmlərinin 51 faizi "SOCAR Türkiyə"yə aid olan "Petkim"in satış göstəriciləri - Baku TV

İqtisadiyyat
26 марта 2026 70 просмотров
Məqsəd tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləməkdir - Baku TV

Məqsəd tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləməkdir - Baku TV

İqtisadiyyat
25 марта 2026 70 просмотров
Выбранные
icon