Выбрать плеер:

Bankların fəaliyyəti dayandırılacaq? - İqtisadçıdan vacib açıqlama - Baku TV

23 марта 2026 151 просмотров

Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb.

Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

“Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyuktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.

Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir.

Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir. 

Qahirədə enerji konfransı | SOCAR Yaxın Şərqdə nəyi planlaşdırır? - Baku TV

Qahirədə enerji konfransı | SOCAR Yaxın Şərqdə nəyi planlaşdırır? - Baku TV

İqtisadiyyat
02 апреля 2026 151 просмотров
SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb - Baku TV

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb - Baku TV

İqtisadiyyat
02 апреля 2026 151 просмотров
SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında saziş imzalandı - Baku TV

SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında saziş imzalandı - Baku TV

İqtisadiyyat
01 апреля 2026 151 просмотров
İqtisadiyyat yüksək qiymətlərə hazırdır? | Neftlə bağlı gözlənilməz proqnoz və bahalaşma - Baku TV

İqtisadiyyat yüksək qiymətlərə hazırdır? | Neftlə bağlı gözlənilməz proqnoz və bahalaşma - Baku TV

İqtisadiyyat
01 апреля 2026 151 просмотров
Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur - Baku TV

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
31 марта 2026 151 просмотров
Qiymətlərin ucuzlaşması nə ilə bağlıdır?

Qiymətlərin ucuzlaşması nə ilə bağlıdır?

İqtisadiyyat
30 марта 2026 151 просмотров
Müharibə fonunda İrandan Türkiyəyə qaz ixracı dayanıb? - Baku TV

Müharibə fonunda İrandan Türkiyəyə qaz ixracı dayanıb? - Baku TV

İqtisadiyyat
28 марта 2026 151 просмотров
Türkiyə SOCAR-ın "Aliağa" limanında 50% payın MSC-yə satışını təsdiqlədi - Baku TV

Türkiyə SOCAR-ın "Aliağa" limanında 50% payın MSC-yə satışını təsdiqlədi - Baku TV

İqtisadiyyat
27 марта 2026 151 просмотров
İnteraktiv formatda sessiya keçirilib - Baku TV

İnteraktiv formatda sessiya keçirilib - Baku TV

İqtisadiyyat
27 марта 2026 151 просмотров
Səhmlərinin 51 faizi "SOCAR Türkiyə"yə aid olan "Petkim"in satış göstəriciləri - Baku TV

Səhmlərinin 51 faizi "SOCAR Türkiyə"yə aid olan "Petkim"in satış göstəriciləri - Baku TV

İqtisadiyyat
26 марта 2026 151 просмотров
Выбранные
icon