Выбрать плеер:

"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

17 июня 2026 262 просмотров

İyunun 17-də Özbəkistanın paytaxtında V Daşkənd Beynəlxalq İnvestisiya Forumu start götürüb.

Azərbaycanın Baş naziri Əli Əsədov Forumun plenar iclasında iştirak edib.

Tədbirdə çıxış edən Əli Əsədov vurğulayıb ki, Özbəkistanın investisiya cəlbediciliyinin möhkəmlənməsi öz əksini ölkəyə artan beynəlxalq maraqda tapır və Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakçıların sayının hər il artması bunun parlaq sübutudur:

“Daşkənd Beynəlxalq İnvestisiya Forumu ildən-ilə dövlətlərin, işgüzar dairələrin və beynəlxalq maliyyə institutlarının daha çox nümayəndəsini cəlb edir. Öz növbəsində Azərbaycan da bu növ təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının möhkəmləndirilməsi üçün vacib bir alət kimi nəzərdən keçirir. Bu xüsusda qeyd etmək istərdim ki, ötən il Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaratmış və I Beynəlxalq İnvestisiya Forumunu keçirmişdi. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraq göstərildiyini nümayiş etdirdi. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcəkdir”.

Əli Əsədov Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsindəki təcrübəsini bölüşüb.

Vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüsünün dəstəklənməsi siyasətini həyata keçirir:

“Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir və avtomobil magistrallarının inkişafına əhəmiyyətli resurslar yatırmağa davam edir. Bununla da regional əlaqələrin möhkəmləndirilməsinə və biznes üçün imkanların genişləndirilməsinə töhfə verir. Yaşıl energetikanın inkişafı da eyni dərəcədə perspektivli istiqamətdir. Azərbaycan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması ilə bağlı qarşısına iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sayəsində irimiqyaslı layihələr icra olunur. Aparıcı beynəlxalq şirkətlər cəlb edilir və investorlar üçün yeni imkanlar yaradılır”.

Baş nazir çıxışının sonunda beynəlxalq investisiya əməkdaşlığının daha da gücləndirilməsinin dayanıqlı inkişaf və milli rifah kimi ortaq məqsədlərə nail olmağa töhfə verəcəyinə əminliyini ifadə edib.

Скопировано
SOCAR-ın idarəsi 175, 7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib - Baku TV

SOCAR-ın idarəsi 175, 7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib - Baku TV

İqtisadiyyat
29 августа 2026 262 просмотров
Xəzərdə 3D seysmik kəşfiyyat işlərinin yeni mərhələsi başlanıb - Baku TV

Xəzərdə 3D seysmik kəşfiyyat işlərinin yeni mərhələsi başlanıb - Baku TV

İqtisadiyyat
29 августа 2026 262 просмотров
“Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV

“Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV

İqtisadiyyat
29 августа 2026 262 просмотров
SOCAR və Özbəkistan yeni əməkdaşlıq planlarını müzakirə etdi - Baku TV

SOCAR və Özbəkistan yeni əməkdaşlıq planlarını müzakirə etdi - Baku TV

İqtisadiyyat
28 августа 2026 262 просмотров
Şerzod Xocayev sentyabrda Azərbaycanla hansı məsələləri müzakirə edəcək? - Baku TV

Şerzod Xocayev sentyabrda Azərbaycanla hansı məsələləri müzakirə edəcək? - Baku TV

İqtisadiyyat
28 августа 2026 262 просмотров
Azərbaycan-Çin enerji əməkdaşlığı uğurla inkişaf etməyə davam edir - Baku TV

Azərbaycan-Çin enerji əməkdaşlığı uğurla inkişaf etməyə davam edir - Baku TV

İqtisadiyyat
28 августа 2026 262 просмотров
"SOCAR Petroleum"un Neft Baza Sahəsində mülki müdafiə məşqi keçirilib - Baku TV

"SOCAR Petroleum"un Neft Baza Sahəsində mülki müdafiə məşqi keçirilib - Baku TV

İqtisadiyyat
28 августа 2026 262 просмотров
SOCAR-da rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib - Baku TV

SOCAR-da rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib - Baku TV

İqtisadiyyat
27 августа 2026 262 просмотров
SOCAR 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub - Baku TV

SOCAR 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub - Baku TV

İqtisadiyyat
27 августа 2026 262 просмотров
Səhmlərinin 51 faizi SOCAR-a məxsus olan "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı - Baku TV

Səhmlərinin 51 faizi SOCAR-a məxsus olan "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı - Baku TV

İqtisadiyyat
27 августа 2026 262 просмотров
Выбранные
icon