Выбрать плеер:
SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
"SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur".
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.
Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistanda "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.
Nazir bildirib ki, SOCAR Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək.
Mikayıl Cabbarov əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.
Скопировано
