Выбрать плеер:

SOCAR-ın idarə rəisi beynəlxalq konfransda çıxış edib - Baku TV

07 июня 2026 103 просмотров

Azərbaycan Dövlət Neft Şirkəti iqlim dəyişikliklərinə, xüsusilə metan emissiyaları məsələsinə ciddi yanaşır.

Bunu SOCAR-ın Ekoloji Məlumatların Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən "Metan Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantı Həlləri" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, metan emissiyalarının qarşısının alınması tək bir qurumun səyləri ilə mümkün deyil. SOCAR beynəlxalq təşəbbüslərə qoşulub və onlardan birinin həmtəsisçisidir. Şirkətin təsis etdiyi platformaya çoxsaylı beynəlxalq təşkilatlar və ölkələr qoşulub. Qısa və ortamüddətli hədəflərə nail olunması mütəmadi hesabatlarla nümayiş etdirilir.

Mustafa Qurbanlı qeyd edib ki, beynəlxalq təşəbbüslərlə yanaşı, regional əməkdaşlığın inkişafına da xüsusi önəm verilir. Bu yanaşma ortaq problemlərin həlli üçün regionda fəaliyyət göstərən şirkətlərlə daha sıx əməkdaşlıq etməyə imkan yaradır.

"Biz heç kimi geridə qoymamaq fəlsəfəsi ilə fəaliyyət göstəririk. Emissiyaların azaldılması prosesi yalnız bizim şirkətin deyil, bütün tərəfdaşların birgə məsuliyyətidir. 2050-ci ilə qədər müəyyən edilmiş hədəflərə çata biləcəyimizə əminik", – deyə o bildirib.

Скопировано
SOCAR gənc media nümayəndələrini məlumatlandırdı - Baku TV

SOCAR gənc media nümayəndələrini məlumatlandırdı - Baku TV

İqtisadiyyat
11 июня 2026 103 просмотров
Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV

Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV

İqtisadiyyat
10 июня 2026 103 просмотров
"Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV

"Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV

İqtisadiyyat
10 июня 2026 103 просмотров
“Hər bir təşkilat özünə uyğun qaydalarını müəyyən edəcək” | Vüsal Xəlilov

“Hər bir təşkilat özünə uyğun qaydalarını müəyyən edəcək” | Vüsal Xəlilov

İqtisadiyyat
09 июня 2026 103 просмотров
SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib - Baku TV

SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib - Baku TV

İqtisadiyyat
09 июня 2026 103 просмотров
Metanın emissiyalarının azaldılması üçün birgə fəaliyyət müzakirə olunub - Baku TV

Metanın emissiyalarının azaldılması üçün birgə fəaliyyət müzakirə olunub - Baku TV

İqtisadiyyat
09 июня 2026 103 просмотров
Ekspert BƏƏ-Azərbaycan layihələrindən danışdı - Baku TV

Ekspert BƏƏ-Azərbaycan layihələrindən danışdı - Baku TV

İqtisadiyyat
07 июня 2026 103 просмотров
Kənd təsərrüfatı sektorunu inkişaf etdirəcək proqram gündəmdədir - Baku TV

Kənd təsərrüfatı sektorunu inkişaf etdirəcək proqram gündəmdədir - Baku TV

İqtisadiyyat
06 июня 2026 103 просмотров
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib - Baku TV

Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib - Baku TV

İqtisadiyyat
05 июня 2026 103 просмотров
Nazir müavini kənd təsərrüfatı üzrə dinamikadan və görülən işlərdən danışdı - Baku TV

Nazir müavini kənd təsərrüfatı üzrə dinamikadan və görülən işlərdən danışdı - Baku TV

İqtisadiyyat
04 июня 2026 103 просмотров
Выбранные
icon