SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib - Baku TV
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib.
Növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları vəsait köçürülüb. Bununla da SOCAR-ın "yaşıl" istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin "yaşıl" enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6% gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən "Bakı Fond Birjası" QSC-də (BFB) ticarəti başlanan SOCAR-ın "yaşıl" istiqrazları daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günə qədər BFB-də həmin istiqrazlar üzrə 35,5 milyon ABŞ dollarından artıq məbləğdə 512 əqd bağlanıb.
"ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir və istiqrazlar müddətin sonunadək sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Тег #SOCAR используется
- Cəbrayılda sakinlərin müvafiq müraciətləri dinləniləcək - Baku TV
- SOCAR gənc media nümayəndələrini məlumatlandırdı - Baku TV
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
- "Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV
- Metanın emissiyalarının azaldılması üçün birgə fəaliyyət müzakirə olunub - Baku TV
