ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var
ABŞ Silahlı Qüvvələri İranda “Güclü Qəzəb” hərbi əməliyyatlarını davam etdirir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ABŞ qüvvələri son bir gün ərzində Xarq adasında 90-dan çox hərbi hədəfi dəqiq zərbələrlə məhv edib.
ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının pilotları indiyə qədər 6 mindən çox döyüş uçuşu həyata keçirib. Əməliyyatın əsas məqsədi İranın ballistik raketləri, PUA və dənizdəki təhdidlərini məhv etməkdir.
Komandanlığın məlumatına görə, bu müddət ərzində İrana məxsus 100-dən çox hərbi gəmi də zərərsizləşdirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı həmçinin bəyan edib ki, son 2 həftə ərzində İran Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordaniya, Kipr, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Küveyt və Bəhreyn də daxil olmaqla, müxtəlif ölkələrə 300-dən çox hücum həyata keçirib və mülki obyektləri hədəf alıb.
Bundan əlavə, ABŞ Ordusunun Mərkəzi Komandanlığı vurğulayıb ki, son günlər İran Təl-Əviv şəhərində mülki məhəllələrə kasset bombaları ilə zərbələr endirib. Rəsmi Vaşinqton Tehranın bu addımlarını qınayıb.
Тег #ABŞ Silahlı Qüvvələri используется
- İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib
- Den Keyn: “İranlılara hörmət edirəm”
- Fars Körfəzində böyük gərginlik | "Tomahawk" raketləri İranı hədəf alır - Baku TV
- ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir
- ABŞ-dən İranı silkələyən zərbə | Hərbçilər gözlənilməz hücuma keçdi! - Baku TV
