Siyasət
Выбрать плеер:

Avropa Parlamentindən Bakıya şər dolu akt | Sözçüdən sərt cavab

26 апреля 2024

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib. Bu barədə İcmanın bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirib.

"ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul edib. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Görəsən, ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüzminlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir”, – bəyanatda vurğulanıb.

Скопировано
Rusiyadan Qərbə xəbərdarlıq | Bayramov-Mirzoyan görüşü | Ermənistanda vəziyyət gərginləşir

Rusiyadan Qərbə xəbərdarlıq | Bayramov-Mirzoyan görüşü | Ermənistanda vəziyyət gərginləşir

Siyasət
07 мая 2024
Ceyhun Bayramovla ATƏT-in sədri hansı məsələləri müzakirə etdi?

Ceyhun Bayramovla ATƏT-in sədri hansı məsələləri müzakirə etdi?

Siyasət
07 мая 2024
ABŞ səfirini Şuşaya aparan səbəblər - BAKU ANALİTİK

ABŞ səfirini Şuşaya aparan səbəblər - BAKU ANALİTİK

Siyasət
06 мая 2024
Türk konsulu qətlə yetirən şəxs delimitasiyaya etiraz edənlərə qoşuldu

Türk konsulu qətlə yetirən şəxs delimitasiyaya etiraz edənlərə qoşuldu

Siyasət
06 мая 2024
Erməni düşüncəsini öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir | Professor Qafar Çaxmaqlı

Erməni düşüncəsini öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir | Professor Qafar Çaxmaqlı

Siyasət
06 мая 2024
Alen Simonyan görüşdən qabaq sülh sazişindən danışdı

Alen Simonyan görüşdən qabaq sülh sazişindən danışdı

Siyasət
06 мая 2024
Şahin Mustafayevin Xidmətindən Azərbaycan və Ermənistan sərhədi ilə bağlı məlumat

Şahin Mustafayevin Xidmətindən Azərbaycan və Ermənistan sərhədi ilə bağlı məlumat

Siyasət
06 мая 2024
Gürcüstanda Rusiya qalib gəlir | Azərbaycan üçün hansı təhlükə var?

Gürcüstanda Rusiya qalib gəlir | Azərbaycan üçün hansı təhlükə var?

Siyasət
06 мая 2024
Şuşada olduğuma görə xoşbəxtəm | ABŞ səfirindən Şuşa səfəri ilə bağlı paylaşım

Şuşada olduğuma görə xoşbəxtəm | ABŞ səfirindən Şuşa səfəri ilə bağlı paylaşım

Siyasət
06 мая 2024
Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Siyasət
06 мая 2024
Выбранные
icon