Azərbaycan QHT-ləri bu məsələyə görə Trampa müraciət etdi - Baku TV
Amerika Birləşmiş Ştatlarının Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan da daxil olmaqla müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq Azərbaycanın 30 qeyri-hökumət təşkilatının nümayəndələri Donald Trampa açıq məktub yazıblar.
Bundan əvvəl dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də açıq məktub ünvanlayaraq bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycanla Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə müraciətində isə qeyd olunur:
“Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qrupun həbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırış etsələr də, onlar bu ritorika ilə deyil, törətdikləri əməllərə görə qiymətləndirilməlidirlər. Məhz bu şəxslərin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təqribən beşdəbiri 30 ildən artıq müddət ərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
Sizin liderliyiniz sayəsində dünyanın müxtəlif bölgələrində onilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişə çevrilib. Biz inanırıq ki, Lemkin İnstitutu kimi pozucu qüvvələr Amerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər”.
Тег #ABŞ используется
- Bu ölkə Rusiya ilə savaşa başlaya bilər? - “Münasibətlər daha da pisləşəcək”
- ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu
- Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir
- 80 min miqrant sığınacaqlara yerləşdiriləcək?
- Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?
