Siyasət
Выбрать плеер:
Azərbaycan və Ermənistan XİN rəhbərləri harada görüşəcək? - Detallar açıqlandı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 10-u Almatıda görüşəcəklər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb.
“Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, – deyə A.Hacızadə qeyd edib.
Скопировано
Выбранные