Выбрать плеер:

Azərbaycan və İran XİN rəhbərləri nələri müzakirə etdi? - Baku TV

01 марта 2026 95 просмотров

Martın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranan vəziyyət müzakirə olunub.

İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.

Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Скопировано
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Siyasət
07 марта 2026 95 просмотров
Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Siyasət
07 марта 2026 95 просмотров
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Siyasət
07 марта 2026 95 просмотров
Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Siyasət
07 марта 2026 95 просмотров
DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

Siyasət
07 марта 2026 95 просмотров
"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

Siyasət
07 марта 2026 95 просмотров
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

Siyasət
06 марта 2026 95 просмотров
İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

Siyasət
06 марта 2026 95 просмотров
SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

Siyasət
06 марта 2026 95 просмотров
Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Siyasət
06 марта 2026 95 просмотров
Выбранные
icon