Выбрать плеер:
Azərbaycan və türk əsgərlərinin şanlı zəfəri: Bakının qurtuluşundan 107 il ötür
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan Bakının azad olunmasından 107 il ötür. 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan hərbi birləşmələri Bakını bolşevik-daşnak işğalından təmizləyərək xalqımızın müstəqillik idealını gerçəkləşdirib. Bu şanlı qələbə müasir Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının və "Bir millət, iki dövlət" fəlsəfəsinin tarixi təməlidir. Bakının qurtuluşu paytaxtın Gəncədən Bakıya köçürülməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinin təmin olunmasına yol açıb. Hər il böyük qürurla qeyd olunan bu gün, həm də şəhid türk əsgərlərinin xatirəsinə ehtiramın rəmzidir. Məqalədə tarixi zəfərin siyasi əhəmiyyəti və qardaş ölkələrin hərbi əməkdaşlığının tarixi kökləri təhlil olunur.
Скопировано
