Siyasət
Выбрать плеер:
Azərbaycan xalqının mədəni və dini irsi məhv edilmişdir | Əli Əsədovdan açıqlama
“Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır”.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid törədib:
“Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə yeksan edilib”.
Скопировано
Выбранные