Siyasət
Выбрать плеер:

Azərbaycanı ABŞ üçün önəmli edən səbəb | Əlaqələr hansı şərtlə yaxşılaşa bilər?

15 января 2025 26 просмотров

ABŞ ilə Azərbaycanın münasibətləri zaman-zaman gərginləşir. Buna baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman beynəlxalq güclərin, xüsusilə də ABŞ-nin maraq dairəsində olub.

Azərbaycan hər zaman terrorizmlə mübarizədə ABŞ-yə dəstək verib. Hələ 2001-ci ildə 11 sentyabr terroru zamanı ABŞ-yə İslam dünyasında ilk dəstək də məhz Azərbaycandan gəlmişdi. Sahib olduğu multikultural dəyərlər, sabit siyasi mövqe də diqqətlərin Azərbaycan üzərinə cəmlənməsinə səbəb olur. Ancaq təbii ki, Vaşinqtonun marağında olan əsas məsələlər tamamilə başqadır.

İlk növbədə Azərbaycan ABŞ-nin iki ən böyük rəqibinin – Rusiya və İranın ortasında yerləşir. Ölkəmiz demək olar ki, Rusiya və İranı bir-birinə birləşdirən körpü mövqeyindədir. Eyni zamanda ölkəmiz Qərbin Şərqə açılan əsas qapısı rolunu da oynayır.

Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdiyi zaman əsas istifadə etdiyi ölkə məhz Azərbaycan olmuşdur. Ölkəmiz sülhyaratma əməliyyatlarında fəal iştirak etməklə bərabər mühüm dəhliz rolunu da oynamışdı.

Heç təsadüfi deyil ki, Azərbaycan “NATO-nun Şimal dəhlizi” adlandırılırdı. Daha bir önəmli məqam isə Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas yolun məhz Azərbaycan ərazisindən keçməsidir. Nəzərə alaq ki, bir neçə gün sonra səlahiyyətini icra etməyə başlayacaq Donald Trampın əsas hədəfi məhz Çini iqdisadi cəhətdən çökdürməkdir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Co Baydenin 4 illik hakimiyyətində Azərbaycanla münasibətlərdə soyuqluq yaşayan ABŞ bundan ancaq itirdi. Trampın dövründə Bakı və Vaşinqton arasında əlaqələrin bərpası qaçınılmazdır. Bunun üçün başlıca şərt isə ABŞ-nin ölkəmizə qarşı tətbiq etdiyi yanlış siyasətdən imtina etməsi olacaq.

Скопировано
Bakıda saxlanılan separatçılardan vacib xəbər | BQXK-dan yeni açıqlama

Bakıda saxlanılan separatçılardan vacib xəbər | BQXK-dan yeni açıqlama

Siyasət
15 января 2025 26 просмотров
Trampı Bakı qarşısında çətin vəziyyətdə qoyan sənəd imzalandı - BAKU AKTUAL

Trampı Bakı qarşısında çətin vəziyyətdə qoyan sənəd imzalandı - BAKU AKTUAL

Siyasət
15 января 2025 26 просмотров
Kayrat Sarıbay İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

Kayrat Sarıbay İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

Siyasət
15 января 2025 26 просмотров
Qəzaya uğrayan AZAL təyyarəsi barədə yekun rəy nə vaxt açıqlanacaq?

Qəzaya uğrayan AZAL təyyarəsi barədə yekun rəy nə vaxt açıqlanacaq?

Siyasət
15 января 2025 26 просмотров
Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Siyasət
15 января 2025 26 просмотров
Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Siyasət
15 января 2025 26 просмотров
Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Siyasət
15 января 2025 26 просмотров
Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Siyasət
15 января 2025 26 просмотров
ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

Siyasət
15 января 2025 26 просмотров
Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 января 2025 26 просмотров
Выбранные
icon