Выбрать плеер:

Azərbaycanla Gürcüstan arasında mövcud olan müqavilə 20 il uzadılıb - Baku TV

21 мая 2026 95 просмотров

"Azərbaycanla qaz tədarükü ilə bağlı mövcud olan 20 illik müqavilənin müddəti daha 20 il uzadılıb".

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə yerli telekanalın efirində danışıb.

Hökumət başçısı vurğulayıb ki, enerji sahəsində qaldırılan bütün məsələlər konkret danışıqlar və razılaşmalar yolu ilə həllini tapıb.

Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır:

"Son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi yeddi dəfə yüksəlib. Odur ki, biz bu imkanlardan maksimum istifadə etməliyik. Azərbaycanda imzalanan razılaşmalar müxtəlif istiqamətləri əhatə edir və onların hamısı Gürcüstanın tranzit funksiyasının inkişafına xidmət göstərəcək".

Baş nazir qeyd edib ki, qaz idxalı və tranziti ilə bağlı əldə olunan razılaşmalar ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır: "Ən vacibi odur ki, biz lazımi həcmdə qaz əldə etdik. Bu isə ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir".

İrakli Kobaxidze Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, aparılan danışıqlar iki hökumət arasında standart proses deyil, dostlar arasında dialoq xarakteri daşıyıb:

"Son üç ildə fəaliyyəti dayandırılan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi də bərpa olunacaq. Bu layihənin dayanması Gürcüstana hər il onmilyonlarla lari həcmində potensial gəlir itkisinə səbəb olurdu. Bakı-Tbilisi-Qars dəmir yolu ayın sonunda fəaliyyətə başlayacaq və Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu razılaşmalar Gürcüstanın iqtisadi cəhətdən güclənməsi və regiondakı tranzit rolunun daha da artması üçün fundamental əhəmiyyətə malikdir".

Скопировано
"Dəmir yumruq”, xalqımızın birliyi və Ordumuzun qüdrəti hesabına buradayıq" | Prezident - Baku TV

"Dəmir yumruq”, xalqımızın birliyi və Ordumuzun qüdrəti hesabına buradayıq" | Prezident - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
Şanlı Zəfərlə xalqın 30 illik qayıdış arzusu gerçəkləşdi - Baku TV

Şanlı Zəfərlə xalqın 30 illik qayıdış arzusu gerçəkləşdi - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
Prezident İlham Əliyev qəhrəmanlarımızın şücaətindən danışdı - Baku TV

Prezident İlham Əliyev qəhrəmanlarımızın şücaətindən danışdı - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
Dağıdılmış kəndlərdən müasir yaşayış məntəqələrinə - Baku TV

Dağıdılmış kəndlərdən müasir yaşayış məntəqələrinə - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
“Qarabağ Tekstil Evi” müəssisəsi istifadəyə verilib

“Qarabağ Tekstil Evi” müəssisəsi istifadəyə verilib

Siyasət
28 мая 2026 95 просмотров
30 illik həsrətdən sonra Qarabağda təhlükəsiz gələcək qurulur

30 illik həsrətdən sonra Qarabağda təhlükəsiz gələcək qurulur

Siyasət
28 мая 2026 95 просмотров
Dövlət başçısı Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdəki şəraitlə tanış olub

Dövlət başçısı Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdəki şəraitlə tanış olub

Siyasət
28 мая 2026 95 просмотров
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib - Baku TV

İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdəki şəraitlə tanış olub

İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdəki şəraitlə tanış olub

Siyasət
28 мая 2026 95 просмотров
İlham Əliyevin Şuşada verdiyi açıqlamalar "Haber Global"ın gündəmində - Baku TV

İlham Əliyevin Şuşada verdiyi açıqlamalar "Haber Global"ın gündəmində - Baku TV

Siyasət
28 мая 2026 95 просмотров
Выбранные
icon