Выбрать плеер:

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

24 октября 2026 73 просмотров

“Hərbi xronika”nın budəfəki buraxılışında Ermənistanın Çexiyadan almağa hazırlaşdığı yeni nəsil L-39 Skyfox təyyarələri, onların əvvəlki L-39 Albatros modelindən fərqləri və Ermənistanın hərbi aviasiya imkanlarına mümkün təsiri təhlil olunub.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Çexiyaya səfəri zamanı bu ölkədə istehsal olunan yeni nəsil təyyarələrin tezliklə İrəvan tərəfindən satın alınacağı barədə paylaşımı media orqanları ilə yanaşı, sahə ekspertlərinin də diqqətini cəlb edib. Erməni nazirin bəhs etdiyi təyyarələrin 2026-cı ilin aprelində Çexiyanın Baş naziri Andrey Babişin Bakıya təklif etdiyi təyyarələrlə eyni model olması isə məsələnin daha bir maraqlı aspektidir.

Qeyd edək ki, dörd ədəd L-39 Skyfox təyyarəsinin Ermənistan üçün sifariş edildiyi barədə məlumatlar hələ sentyabr ayında yayılmışdı. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Çexiyanın Aero Vodochody müəssisəsinə səfəri zamanı L-39 Skyfox təyyarələri ilə tanış olması bu xəbərin əsasını təşkil edirdi. Lakin həmin vaxt sifarişçinin kimliyi açıqlanmadığından Papikyanın son paylaşımı məlumatın bir növ rəsmi təsdiqinə çevrilib.

Ekspertlərin fikrincə, məsələ yalnız təyyarələrin sayında deyil. Bu addım Ermənistanın köhnə sovet tipli aviasiya hazırlığından müasir rəqəmsal sistemlərə keçməyə, pilotların hazırlıq səviyyəsini yüksəltməyə və gələcək döyüş aviasiyası üçün kadr potensialını gücləndirməyə çalışdığını göstərir.

Qeyd edək ki, Ermənistan indiyədək Azərbaycan kimi, təlim üçün əvvəlki nəsil L-39 Albatros təyyarələrindən istifadə edib. 1960-cı illərin sonlarında Çexoslovakiyada hazırlanmış bu təyyarələr gələcək hərbi pilotlara reaktiv mühərrikli təyyarələri idarə etməyi, mürəkkəb uçuş rejimlərini mənimsəməyi və ilkin taktiki tapşırıqları yerinə yetirməyi öyrətmək üçün nəzərdə tutulub.

Bəs L-39 Skyfox təyyarələri əvvəlki modeldən nə ilə fərqlənir və onların Ermənistan tərəfindən əldə edilməsi hansı məqsədlərə xidmət edir?

Скопировано
Banner
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 октября 2026 73 просмотров
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 октября 2026 73 просмотров
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 октября 2026 73 просмотров
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 октября 2026 73 просмотров
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 октября 2026 73 просмотров
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 октября 2026 73 просмотров
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 октября 2026 73 просмотров
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 октября 2026 73 просмотров
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 октября 2026 73 просмотров
Ərinc sakinlərinin taleyi haqqında yazılı mənbələrdə hansı məlumatlar var? - Baku TV

Ərinc sakinlərinin taleyi haqqında yazılı mənbələrdə hansı məlumatlar var? - Baku TV

Siyasət
23 октября 2026 73 просмотров
Выбранные
icon