Bakı Təşəbbüs Qrupu kolonializmin fəsadlarını rəqəmsal müstəviyə daşıyır - Baku TV
Bakı Təşəbbüs Qrupu (BTQ) neokolonializmlə mübarizədə yeni və innovativ mərhələyə qədəm qoyur. Qrup tərəfindən təqdim olunan yeni rəqəmsal platforma kolonializmin fəsadlarını, xüsusilə Fransa və digər keçmiş müstəmləkəçi dövlətlərin dənizaşırı ərazilərdə törətdiyi ekoloji, mədəni və sosial fəsadları qlobal rəqəmsal müstəviyə daşıyır. Bu platforma vasitəsilə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi daha ucadan eşidiləcək, arxiv sənədləri, video şahidliklər və interaktiv xəritələr dünya ictimaiyyətinə təqdim olunacaq. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov vurğulayıb ki, rəqəmsal arxivləşdirmə tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşəbbüsü Qoşulmama Hərəkatının sədri kimi apardığı qlobal ədalət mübarizəsinin tərkib hissəsi olmaqla, beynəlxalq hüquq müstəvisində yeni presedentlər yaradır.
