Siyasət
Выбрать плеер:

Daşnaklar türkləri Oxçu məscidində diri-diri... | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

27 марта 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində erməni daşnaklarının qırğınlar törətdiyi, əhalisinə divan tutduğu Qafan rayonu haqqında süjet hazırlanıb.

“Njde və Andranikin Qafan qətliamı” adlı süjetdə ermənilərin tarix boyu çirkin niyyətlərindən, eləcə də Qərbi Azərbaycan torpaqlarını qəsb etmək məqsədilə azərbaycanlıları zaman-zaman köçürmələrə məruz qoymasından və türk-oğuz yurdlarına sahib çıxmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Zəngəzur mahalının cənub hissəsində yerləşən Qafan rayonu ərazisində insanlar hələ eradan əvvəl VI əsrdə məskunlaşıblar. Zəngəzurun bu bölgəsi coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalıb.

Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Bu toponim qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır.

Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və digər qədim istehkamlar və toponimlər bu yerlərin atəşpərəstlərin məskəni olduğunu bir daha təsdiq edir.

Qeyd olunur ki, bu ərazidə azərbaycanlı əhali hələ 1905-ci ildə ermənilərin təcavüzünə məruz qalıb:

“Qatar, Oxçu kəndləri tam darmadağın edilib, Oxtar, Dovrus, Qaraçimən, Şəhərcik, Şabadin, Gığı və Kurud kəndlərində yaşayan soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə köçürülüb.

1918-ci ildə daşnak Qaregin Njde Andranik Ozanyanla birləşib silahlı dəstələrlə Zəngəzurun, o cümlədən Qafanın azərbaycanlı əhalisinin bir hissəsini məhv edib, bir hissəsini isə didərgin salıb və dinc əhaliyə divan tutub. Azərbaycanlıları guya barışıq elan etmək məqsədilə aldadıb Oxçu məscidinə yığaraq od vurub hamısını diri-diri yandırıblar.

Nəhayət, 1921-ci ilin iyul ayında ermənilərin təkidi ilə sovet hökuməti tərəfindən Zəngəzur birdəfəlik Ermənistana verilib”.

Скопировано
Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Siyasət
27 апреля 2024
Japarovun səfəri bəzi gözləntiləri də üstələdi  | Qırğızıstan səfiri

Japarovun səfəri bəzi gözləntiləri də üstələdi | Qırğızıstan səfiri

Siyasət
27 апреля 2024
Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Siyasət
26 апреля 2024
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

Siyasət
26 апреля 2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Siyasət
26 апреля 2024
Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Siyasət
26 апреля 2024
İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

Siyasət
26 апреля 2024
Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Siyasət
26 апреля 2024
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 апреля 2024
Avropa Parlamenti Azərbaycandan nə istəyir? - Sifarişlə işləyənlərin acı sonu

Avropa Parlamenti Azərbaycandan nə istəyir? - Sifarişlə işləyənlərin acı sonu

Siyasət
26 апреля 2024
Выбранные
icon