Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV
"Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir".
Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədinə dair şərhində yer alıb.
Şərhdə həmçinin qeyd olunub ki, prioritetlər sırasında qeyd edilənlərlə yanaşı, hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət göstərir:
"Yuxarıda qeyd olunan məsələlər avqustun 8-dən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq".
Тег #Ermənistan используется
- Ermənistanın Vaşinqton öhdəliklərinə xəyanəti danışıqlar prosesini tamamilə pozmağa hesablanıb?
- Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV
- Kilsə ilə Paşinyanın toqquşması İrəvana nə vəd edir? - Baku TV
- Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV
