Siyasət
Выбрать плеер:

İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi

02 мая 2024

Prezident İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.

Qonaq BMT-nin Baş katibinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətində olduğunu bildirib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.

Dövlət başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir.

Prezident İlham Əliyev vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Dövlət başçısı bildirib ki, Azərbaycan müsbət nümunəsi və yaşıl gündəliyi ilə iqlim dəyişmələri proseslərinə və iqlim fəaliyyətinə öz töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan bu sahədə əldə olunmuş gəlirləri ölkənin inkişafına sərf etməklə uğurlu inkişaf modeli nümayiş etdirir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşıl keçid qarşıya hədəf kimi qoyulub və ölkəmizdə beynəlxalq tərəfdaşların da iştirakı ilə ciddi yaşıl enerji ixrac potensialı yaradılır.

Скопировано
İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Siyasət
17 мая 2024
Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Siyasət
17 мая 2024
Fransadan Yeni Kaledoniyaya qarşı təhlükəli plan

Fransadan Yeni Kaledoniyaya qarşı təhlükəli plan

Siyasət
17 мая 2024
Prezident Belarus şirkətlərini Qarabağın bərpasında iştiraka dəvət etdi

Prezident Belarus şirkətlərini Qarabağın bərpasında iştiraka dəvət etdi

Siyasət
17 мая 2024
MDB məkanında təhlükəsizliklə bağlı məsələlər müzakirə edildi

MDB məkanında təhlükəsizliklə bağlı məsələlər müzakirə edildi

Siyasət
17 мая 2024
Prezident İlham Əliyev belaruslu həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Prezident İlham Əliyev belaruslu həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Siyasət
17 мая 2024
İki ölkə arasında imzalanacaq sülh bölgənin gələcəyi üçün tarixi fürsətdir | Ərdoğan

İki ölkə arasında imzalanacaq sülh bölgənin gələcəyi üçün tarixi fürsətdir | Ərdoğan

Siyasət
17 мая 2024
İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət
17 мая 2024
Выбранные
icon