Выбрать плеер:

İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi

17 апреля 2025 655 просмотров

Prezident İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlət başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırlayıb.

İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri ‒ siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğulayıb.

Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd edib.

İlham Əliyev Azərbaycanın "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğulayıb. "Bir kəmər, bir yol" layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlət başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.

Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

Скопировано
“Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev

“Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev

Siyasət
13 марта 2026 655 просмотров
“Bu, münaqişə bəyannaməsidir” | Nikol Paşinyan

“Bu, münaqişə bəyannaməsidir” | Nikol Paşinyan

Siyasət
13 марта 2026 655 просмотров
"Bir çox azərbaycanlı bunları edib" | Çin səfiri "Baku TV"nin sualını cavablandırdı - Baku TV

"Bir çox azərbaycanlı bunları edib" | Çin səfiri "Baku TV"nin sualını cavablandırdı - Baku TV

Siyasət
13 марта 2026 655 просмотров
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən 600-dən çox çinlinin keçməsi təmin olunub

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən 600-dən çox çinlinin keçməsi təmin olunub

Siyasət
13 марта 2026 655 просмотров
XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

Siyasət
13 марта 2026 655 просмотров
XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

Siyasət
13 марта 2026 655 просмотров
Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Siyasət
13 марта 2026 655 просмотров
Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Siyasət
12 марта 2026 655 просмотров
Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Siyasət
12 марта 2026 655 просмотров
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Siyasət
12 марта 2026 655 просмотров
Выбранные
icon